Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 237 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Modern.az-a verilən xəbərdə bildirilib.
Qeyd olunub ki, ölkədən çıxışı qadağan olan 537 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 17 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.