Modern.az

Onu elə Xankəndidə həbs etməliydilər...

Onu elə Xankəndidə həbs etməliydilər...

Aktual

1 Sentyabr 2022, 15:20

Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın Şuşaya görə Ermənistanda həbsi emənilərin 30 illik “Dağlıq Qarabağ müstəqildir”, “biz onların işinə qarışmırıq”, “Qarabağ ordusu” kimi nağıllarına son qoydu.

 

Modern.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

 

"Əgər İrəvan “Dağlıq Qarabağı müstəqil” sayırdısa, başqa dövlətin “müdafiə nazirini” bölgə içərisindəki şəhərin müdafiəsinin düzgün təşkil edilmədiyinə görə Ermənistanda niyə həbs ediblər? Ermənilərin “Dağlıq Qarabağ müstəqildir” məntiqinə görə Şuşanı işğalda saxlaya bilmədəyinə görə, onu elə Xankəndidə həbs etməliydilər. Ancaq Xankəndidə ona toxunan olmayıb, “vəzifəsini” icra edib. Arzumanyanın İrəvanda həbsi bir daha göstərdi ki, Dağlıq Qarabağdakı separatçılar Ermənistandan idarə olub və torpaqlarımız Ermənistan ordusunun işğalı altında idi. Sadəcə, başqa sual aktualdır: Ermənistan hakimiyyəti müharibənin özləri üçün ən ağır günlərində Şuşanın işğalını nə əcəb yerli separatçıya tapşırıblar?", - deyə politoloq separatçı generalın həbsi ətrafında cərəyan edən prosesləri şərh edib.

 

Qeyd edək ki, Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanın həbsinə qərar verilib. Bu barədə erməni generalın vəkili Yerem Sarkisyan bildirib. 

 

Arzumanyan iki gün əvvəl Xankəndi yolunda saxlanılıb. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, keçmiş “müdafiə naziri” hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə tutulub.

 

Komitənin yaydığı məlumatda bildirib ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı