Modern.az

Rusiyalı zənginlər 54 milyard dollar itirib

Rusiyalı zənginlər 54 milyard dollar itirib

Aktual

1 Sentyabr 2022, 21:40

Rusiyanın ən varlı iş adamlarının sərvəti 2022-ci ilin əvvəlindən bəri 53,939 milyard dollar azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.

 

Bildirilir ki, ən çox vəsaiti (7,53 milyard dollar) polad və dağ-mədən şirkəti “Severstal”ın sahibi Aleksey Mordaşov itirb. Hazırda onun kapitalı 21,3 milyard dollardır.

 

İkinci yerdə “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç qərarlaşıb. O, 2022-ci ilin əvvəlindən 7,34 milyard dollar itirib. İndi Abramoviç 10,7 milyard dollara sahibdir.

 

Mədən-metallurgiya şirkəti “Norilsk Nikel” və “Interros” holdinqinin prezidenti Vladimir Potanin isə sərvətini 2,2 milyard dollar artıraraq 33 milyarda çatdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər