Modern.az

Nişandan qayıdan ailə qəzaya uğradı - Ölən var

Nişandan qayıdan ailə qəzaya uğradı - Ölən var

Aktual

5 Sentyabr 2022, 10:00

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı