Modern.az

Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu Suriyada 6 terrorçunu zərərsizləşdirdi

Aktual

5 Sentyabr 2022, 13:08

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Sülh bulağı", "Fərat qalxanı" və "Zeytun budağı" antiterror əməliyyatı bölgələrində ümumilikdə 6 terrorçu zərərsizləşdirib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

 

Qeyd olunur ki, Türkiyə hərbçiləri hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb. Türkiyə ordusunun itkilərinin olmadığı deyilir.

 

Qeyd edək ki, avqust ayı ərzində 90 terrorçunun məhv edildiyi bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı