Kamçatkadakı Klyuçevskaya Sopka vulkanı ərazisində ölənlərin sayı 9 nəfərə çatıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sağ qalan dörd səyyahın müxtəlif hündürlükdə olduğu dəqiqləşdirilir. Biri yaralı olan iki nəfər 4,1 min metr yüksəklikdə, daha iki nəfər 3,3 min metr hündürlükdə vulkanoloqların müvəqqəti məkanında ilişib qalıb.
4 min metrdən çox hündürlükdə qalan bələdçi iki turistin yanına enə bilib və hazırda xilasediciləri gözləyən üç nəfərin sağ qaldığını bildirib. Qeyd olunur ki, binada su, qaz var.
Sentyabrın 5-də səhər saatlarında 24 nəfərdən ibarət ikinci xilasedicilər qrupu Kamçatkada 9 turistin öldüyü Klyuçevskaya Sopka vulkanına qalxmağa başlayıb.
Məlumata görə, xilasetmə əməliyyatı güclü külək səbəbindən çətinləşib. Onların vulkanoloqlar evinin yerləşdiyi 3,3 min metr hündürlüyünə ən azı iki gün çatacağı güman edilir.