Britaniyanın baş naziri olmaq uğrundakı seçkilərdə məğlub olan keçmiş maliyyə naziri Rişi Sunak mühafizəkarların bir ailə olduğunu deyib və seçkinin qalibi Liz Trassın ətrafında birləşməyə çağırıb.
Modern.az xəbər verir ki, xarici işlər naziri Liz Trass Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının rəhbəri seçilib, çərşənbə axşamı o, həm də ölkənin baş naziri olacaq.
"Kampaniya zamanı mənə səs verən hər kəsə təşəkkür edirəm. Mən artıq demişəm ki, Mühafizəkarlar bir ailədir. İndi yeni baş nazir, çətin anlarda ölkəyə rəhbərlik edəcək Liz Trassın ətrafında toplaşmağın doğru vaxtıdır", - Sunak Tvitter-də yazıb.
2019-cu ildə Tereza Meyi baş nazir kimi əvəzləyən Boris Conson iyulun 7-də baş nazir və Böyük Britaniya Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsini tərk etdiyini açıqlayıb.