“Rəsmi Moskva Böyük Britaniyanın yeni baş naziri Liz Trassın dağıdıcı kursu davam etdirəcəyini gözləyir”.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İkinci Avropa Departamentinin direktoru Sergey Belyayev Britaniyanın baş nazir postu uğrunda seçkilərin nəticələrini şərh edərkən "RİA Novosti"yə bildirib.
O qeyd edib ki, Moskva heç vaxt Böyük Britaniya ilə dialoqda soyuqluğun təşəbbüskarı kimi çıxış etməyib.
“Bundan başqa, hər dəfə ingilislərin əsassız ittihamlar və birtərəfli sanksiyalarla müşayiət olunan növbəti təxribatından sonra Britaniya tərəfini düşünməyə və ölkələrimiz və xalqlarımız arasında əlaqələrə xələl gətirən hərəkətlərdən çəkinməyə çağırmışıq”, - Belyaev vurğulayıb.
Onun sözlərinə görə, Londonla müsbət münasibətlər üçün heç bir əsas yoxdur:
"Biz Böyük Britaniyanın yeni baş naziri ilə bağlı ikitərəfli münasibətlərdə müsbət dəyişikliklər üçün heç bir ilkin şərt görmürük. Bu baxımdan bizim heç bir illüziyamız yoxdur", - diplomat bildirib.