Modern.az

“Frayburq” “Qarabağ”a qarşı bu heyətlə oynayacaq

“Frayburq” “Qarabağ”a qarşı bu heyətlə oynayacaq

Aktual

6 Sentyabr 2022, 00:05

Avropa Liqasının qrup mərhələsinin ilk turunda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Almaniyanın “Frayburq” komandası iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Modern.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Kristian Ştrayxın açıqladığı heyətə qapıçılar - Benyamin Uphoff, Mark Flekken, müdafiəçilər - Uqo Sike, Filip Linhardt, Manuel Qulde, Lukas Kübler, Mattias Ginter, Kristian Günter, Keven Şlotterbek, Endi Xoti, yarımmüdafiəçilər - Jonatan Şmid, Maksimilian Eggeştayn, Yannik Kaytel, Nikolas Höfler, Çon U Yon, Vinçentso Qrifo, Merlin Röl, Ritsu Doan, hücumçular - Lukas Höler, Daniel-Kofi Köreh, Nils Petersen, Roland Şallai, Mixael Qreqoriç və Vinsent Vermeyin adı daxil edilib.

 

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də keçiriləcək. “Europe Park” stadionunda təşkil olunacaq G qrupunun birinci tur oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı