Modern.az

Şəhriyar Məmmədyarov texniki qələbə qazandı

Şəhriyar Məmmədyarov texniki qələbə qazandı

Aktual

6 Sentyabr 2022, 00:31

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour"un sonuncu mərhələsi olan "Sinkfild Kuboku"nda ilk qələbəsini qazanıb.

 

Modern.az xəbər verir ki, şahmatçımız 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi.

 

Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib. Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.

 

Məmmədyarov hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...