Modern.az

Ötən sutka 9 nəfər xilas edilib

Ötən sutka 9 nəfər xilas edilib

Aktual

12 Sentyabr 2022, 10:40

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 31 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Həmçinin, yanğınsöndürən-xilasedicilər tərəfindən Şəki şəhərinin Baş Zəyzid kəndində cərəyan vurması nəticəsində ölən 1 nəfərin meyiti elektrik dirəyindən düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı