Modern.az

Saxta arayış satan şirkət rəhbərinə 9 il həbs verildi

Saxta arayış satan şirkət rəhbərinə 9 il həbs verildi

Aktual

19 Sentyabr 2022, 16:22

Bakı Ağır Cinayətlər Məhkəməsində sənəd saxtalaşdırmaqda təqsirləndirilərək həbs olunan “Vest Corporation” MMC-nin rəhbəri Orxan Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-a məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə O.Ələkbərov 9 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, Orxan Ələkbərov pandemiya ilə əlaqədar ölkədə xüsusi karantin rejimi dövründə (bölgələrə gediş-gəlişdə məhdudiyyət zamanı) rüşvət müqabilində direktoru olduğu şirkətin adından icazə arayışları verməkdə ittiham olunur. İddia olunur ki, Orxan Ələkbərov 60-80 manata saxta sənədlər əsasında vətəndaşları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, adına saxta əmək müqavilələri tərtib edib.

 

33 yaşlı Orxan Ələkbərov 2020-ci ilin aprelində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

 

O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı