Sabah, sentyabrın 20-də Bakı şəhəri, Xətai rayonu 263 nömrəli tam orta məktəbin sökülərək yenidən tikilən binasının açılışı keçiriləcək.
Modern.az-ın xəbərinə görə, daha sonra məktəb binası pedaqoji heyətin və şagirdlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, məktəbin əvvəlki binası 1981-ci ildən istifadə edilirdi.