Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka şəhər tipli qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
Modermn.az xəbər verir ki, bu barədə Luqansk Hərbi Administrasiyasının başçısı Sergey Qayday məlumat yayıb.
Onun sözlərinə görə, Beloqorovka sentyabrın 19-da tamamilə təmizlənərək Ukrayna ordusunun nəzarətinə verilib.
Qeyd edək ki, bu yaşayış məntəqəsi Luqansk vilayətinin Severodonetsk şəhərinə aid şəhər tipli qəsəbədir və iyul ayında Rusiya hərbçiləri tərəfindən tutulmuşdu.