Modern.az

Zaqatalada 2 tondan artıq narkotik məhv edildi

Zaqatalada 2 tondan artıq narkotik məhv edildi

Aktual

19 Sentyabr 2022, 17:44

Zaqatalada 2,4 ton narkotik tərkibli bitki məhv edilib.

 

Bu barədə Modern.az-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Üçüncü Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

 

Ümumi çəkisi 2 ton 400 kiloqram olan 3756 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı