Modern.az

PUBG bu ölkədə QADAĞAN EDİLDİ

PUBG bu ölkədə QADAĞAN EDİLDİ

Aktual

20 Sentyabr 2022, 09:02

“Taliban” Əfqanıstanda “Player Unknown's Battlegrounds” (PUBG) oyununun mobil versiyasını qadağan edib.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, təşkilatdan bildirilib ki, mahiyyəti sağ qalmaq üçün bir sıra döyüşlərdə iştirak etmək olan oyun zorakılıq səhnələri ilə doludur və insanları buna həvəsləndirir.

 

Qeyd edək ki, PUBG oyununun mobil versiyası Hindistan, İran, İsrail və bir sıra digər ölkələrdə də qadağandır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı