Modern.az

Novxanıda ikimərtəbəli ev yandı

Novxanıda ikimərtəbəli ev yandı

Aktual

20 Sentyabr 2022, 09:14

Abşeronda ikimərtəbəli evdə yanğın olub.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Novxanı kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı