Modern.az

BNA-nın son dəyişikliyini zarafat hesab edə bilərsiniz! - EKSPERT

BNA-nın son dəyişikliyini zarafat hesab edə bilərsiniz! - EKSPERT

Aktual

21 Sentyabr 2022, 11:40

Paytaxtın mərkəzində xeyli küçədə maksimal hərəkət sürətinin 30 km/saat müəyyən edilməsi əslində heç nəyi dəyişməyəcək.

 

Modern.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

 

"Bu, 2021-ci ildən dünyada geniş müzakirə edilən və bəzi ölkələrdə tətbiq edilən bir təhlükəsizlik tədbirinə qoşulmaqdır. Hamımız gözəl bilirik ki, siyahıdakı küçələrdə nəqliyyatın real faktiki sürəti hətta 20 km/saat-dan da aşağıdır. Bunu nəzərə alaraq son dəyişikliyi zarafat da hesab edə bilərik: Demək istəyirlər ki, bacarırsınızsa, 30-la sürün. Bu dəyişikliyin sadəcə bir effekti ola bilər: sürücülərimizə yüksək sürətin təhlükəli olduğunu xatırlatmaq", - Ə.Hüseynov deyib.

 

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) 33 küçədə sürət həddinin 30 km/saata salındığını açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı