Modern.az

82 yaşlı kraliça COVID-19-a yoluxdu

82 yaşlı kraliça COVID-19-a yoluxdu

Aktual

21 Sentyabr 2022, 15:36

Danimarka kraliçası II Marqret COVID-19-a yoluxub. Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.


Bazar ertəsi, sentyabrın 19-da II Marqret Britaniya kraliçası II Elizavetin Londonda baş tutan dəfn mərasimində iştirak edib. İki gün sonra – sentyabrın 21-də onun yeni koronavirus infeksiyasına yoluxduğu məlum olub.


82 yaşlı kraliça bir həftə ərzində bütün görüşlərini ləğv edib. Kral iqamətgahının nümayəndələri əlavə şərh verməkdən imtina ediblər.


II Marqretin COVID-19-a qarşı peyvənd olunduğu bildirilir.


Son bir neçə ay ərzində artıq ikinci dəfə II Marqretdə koronavirusa yoluxma diaqnozu qoyulur. Kraliça bu ilin fevralında COVID-19-a yoluxmuşdu. Mətbuat xidmətinin məlumatına görə, xəstəlik yüngül formada keçir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı