Modern.az

İrəvana uçan təyyarədə sərnişin öldü

İrəvana uçan təyyarədə sərnişin öldü

Aktual

22 Sentyabr 2022, 09:17

Nijni Novqorod-İrəvan marşrutu ilə uçan təyyarə sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Samara hava limanına təcili eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə Samara hava limanının mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, anidən halı pisləşən sərnişin dünyasını dəyişib.

 

“Sentyabrın 21-də, saat 13:35-də Nijni Novqoroddan İrəvana uçan təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsi ilə əlaqədar Samarada məcburi eniş edib. Yerdə təyyarəni təcili tibbi yardım maşını qarşılayıb. Lakin həkimlər göyərtəyə daxil olmazdan öncə sərnişin dünyasını dəyişib”,- deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı