Modern.az

"Qarabağ"ın rəqibi cəzalandırıldı

Aktual

22 Sentyabr 2022, 14:56

Fransa Peşəkar Futbol Liqası "Nant" klubunu cəzalandırıb.

 

Modern.az xəbər verir ki, "Nant" azarkeşləri "Loryan"la səfər matçında (3:2) pirotexniki vasitələrdən istifadə ediblər. Bu səbəbdən klub qarşıdakı iki səfər matçında tərəfdarların dəstəyindən məhrum olacaq. Belə ki, azarkeşlər oktyabrın 2-də "Monako", oktyabrın 9-da isə "Renn"lə görüşlərdə tribunaya buraxılmayacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Nant" Bakıda Ağdam təmsilçisinə 0:3 hesabı ilə məğlub olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı