Modern.az

Putinin nüvə hədəsindən qorxmaq lazımdır - Hərbi analitik

Putinin nüvə hədəsindən qorxmaq lazımdır - Hərbi analitik

Aktual

22 Sentyabr 2022, 16:20

Rusiya Prezidenti Vladimir Putinin Qərb ölkələrini nüvə silahı ilə təhdid etməsi dünyanın gündəmini dəyişib. Putin ABŞ və Avropa ölkələrinə xəbərdarlıq edərək bildirib ki, əgər Rusiyaya təhdid olarsa, nüvə silahını işə salacaq. 

 

"Qərbin məqsədi Rusiyanı zəiflətməkdir, təbii ki, bu alınmayacaq. Biz bütün vasitələrdən onlara qarşı istifadə edəcəyik”, - deyə Putin Rusiyanın düşmənlərinə səslənib.

 

Ukrayna müharibəsindən sonra dünyanın əksər ölkələri tərəfindən təzyiqlərə məruz qalan Rusiya nüvə silahlından istifadə edə bilərmi?

 

 

Bununla bağlı Modern.az-a danışan hərbi analitik Alp Arslan İmamqulu bildirib ki, Rusiyanın təhdidi ciddiyə alınmalıdır:

 

“Əlbəttə, Rusiya  təhdidini reallaşdıra bilər. İşin içində Rusiya olduqda hər zaman risklər nəzərə alınmalıdır.  Ancaq Rusiyanın nüvə silahını işə salacağı təqdirdə özünün də eyni şəkildə zərər görəcəyi qaçılmazdır. Ancaq mən Rusiyaya belə bir addım atmağa imkan veriləcəyinə inanmıram”.

 

Hərbi analitikin sözlərinə görə, ABŞ və Qərbin Rusiyanın təhdidlərinə qarşı əvvəlcədən hazırlanmış planları mövcuddur:


“Putinin nüvə silahından istifadə edəcəyi ilə bağlı səsləndirdiyi fikirlər dünyanın idarəedici rəhbər şəxsləri tərəfindən gülünc qarşılanır. Çünki nüvə silahının işə salınması digər bəsit taktiki silahların işə salınması kimi asan deyil. Buna saatlarla vaxt lazımdır. Orta hesabla burada 10-12 saata ehtiyac var. Bu müddət ərzində həmin prosesin qarşısını almaq üçün imkan olacaq”.

 

Alp Arslan İmamqulu onu qeyd edib ki, Putinin belə fikir səsləndirməsi Rusiyanın küncə sıxışması ilə əlaqədar ola bilər:


“Əgər Putin ən son əl atacağı variantı dilə gətirirsə, bu, o deməkdir ki, Rusiya çıxılmaz və acınacaqlı vəziyyətdədir. Ancaq küncə sıxışmış tərəfin hər zaman təhülkəli ola biləcəyini qeyd etmək lazımdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?