Modern.az

Kiyev yenidən maska rejiminə KEÇİR

Kiyev yenidən maska rejiminə KEÇİR

Aktual

3 Oktyabr 2022, 23:37

Kiyev sakinlərindən COVID-19 virusuna yoluxma hallarının artması ilə əlaqədar ictimai yerlərdə və nəqliyyatda maska taxmaq xahiş olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası məlumat yayıb.

 

Paytaxt rəhbərliyi vətəndaşları ictimai nəqliyyatda, ziyarətçilərə xidmət göstərən yerlərdə və təhsil müəssisələrində maska taxmağa çağırıb. Müəssisələrdən təhlükəsizlik məsafəsi saxlamaları xahiş olunub.

 

"Sahibkarlardan ziyarətçilər arasında ən azı 1,5 metr məsafə saxlamaq üçün işarələməni yeniləmələri xahiş olunur", - məlumatda bildirilib.

 

Qeyd edək ki, Kiyevdə COVID-19-a yoluxma halları durmadan artır. Sentyabrın 26-dan oktyabrın 2-dək paytaxtda koronavirusa 2515 yoluxma faktı aşkarlanıb, 242 nəfər xəstəxanalara yerləşdirilib, 22 nəfər isə dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı