Modern.az

Füzuliyə köçən 1000-dən çox sakinə iş verilib

Füzuliyə köçən 1000-dən çox sakinə iş verilib

Ölkə

Bu gün, 09:54

Füzuli şəhərinə köçürülən sakinlərdən 1 100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Köçürülən sakinlərdən 1 030-dan çox şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, köçürülmüş sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb).

70 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən təcili tapşırıq - Moskvada xaos başladı