Fransa Ədliyyə Məhkəməsi ədliyyə naziri Erik Düpon-Morettiyə qarşı məhkəmə prosesinin başladığını elan edib.
Modern.az xəbər verir ki, nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Məlumata görə, Fransada hakimlərin həmkarlar ittifaqları və “Anticor” antikorrupsiya assosiasiyasının irəli sürdükləri maraqların toqquşması, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı nəticəsində hələ 2021-ci ildə ədliyyə naziri Erik Düpon-Morettiyə qarşı məhkəmə istintaqı başlayıb.
İndi isə Ədliyyə Məhkəməsi Fransanın ədliyyə nazirinə qarşı məhkəmə prosesinin başladığını açıqlayıb.