Modern.az

Şimali Koreyanın atdığı raket Yaponiyanı qorxuya saldı

Şimali Koreyanın atdığı raket Yaponiyanı qorxuya saldı

Aktual

4 Oktyabr 2022, 08:44

Koreya Xalq Demokratik Respublikası oktyabrın 4-də daha bir ballistik raket buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

 

Şimali Koreyanın Caqanq vilayətində yerli vaxtla səhər 7:23-də buraxılan ortamənzilli ballistik raket təxminən 970 kilomert hündürlüyə qalxaraq 4500 kilometr məsafə qət edib.

 

Raket Yaponiya üzərindən uçub keçib. Bu, son 10 gündə Şimali Koreyanın 5-ci və ən böyük raket buraxılışıdır.

 

Qeyd edək ki, Şimali Koreya ilin əvvəlindən bəri bir neçə dəfə ballistik və hipersəsli raket buraxılışı həyata keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı