Modern.az

GDU-da şəhid yaxınları və aztəminatlı ailələrlə görüş keçirilib

GDU-da şəhid yaxınları və aztəminatlı ailələrlə görüş keçirilib

Aktual

3 Oktyabr 2022, 23:20

Şəhid Hacı Rauf adına Tədris və Gənclik Mərkəzinin təşkilatçılığı ilə Gəncə Dövlət Universitetinin ikinci tədris binasının akt zalında aztəminatlı ailələr və şəhid yaxınları ilə görüş keçirilib. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq iştirakçıları salamlamış,  şəhid analarının dərdinə şərik olduğunu bildirmiş, qazilərimizin tezliklə sağalmasını arzu etmiş və  layihənin təşkilatçılarına  təşəkkür edib.

 

Sonra GDU-nun xarici dillər fakültəsinin 30 nəfərdən ibarət tələbəsinin aztəminatlı ailələr və şəhid övladlarına Alman və İngilis dillərinin öyrəniılməsində yaxından köməklik göstərməsinin qürürverici olduğu diqqətə çatdırılıb. Qeyd edilmişdir ki, Şəhid Hacı Rauf  adına Tədris və Gənclik mərkəzinin təşkilatçılığı ilə “Teach and Learn ” layihəsi çərçisəsində 150 aztəminatlı ailənin uşaqlarına və şəhid övladlarına təhsil verilib.

 

Şəhid anaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə bu işin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

 

İbtidai sinif şagirdlərinin müxtəlif səpkidə hazırladıqları kompozisiyalar nümayiş etdirildikdən sonra  universitetin layihədə iştirak edən bir qrup tələbəsinə fəxri fərman verilib.Tədbir Şəhidlərin şəxsi əşyalarından ibarət sərginin nümayişi ilə başa çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı