Modern.az

Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə

Bakı metrosunda eskalator dayandı - Sərnişinlər üçün təhlükə

Aktual

4 Oktyabr 2022, 10:52

Bakı metrosunda sərnişinlər xəsarət alıblar. 

 

Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub. 

 

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

 

“Hazırda bu istiqamətdə araşdırma gedir. "Sahil" stansiyasında sərnişinlərdən biri zərurət olmadan təhlükəsizlik düyməsini sıxıb. Nəticədə, eskalator dayanıb. Dərhal texniki baxış keçirilib, hər hansısa texniki nasazlıq olmadığı müəyyən edilib. Sərnişinlərdən xəsarət və ya hər hansı bir problemlə bağlı müraciət edən olmayıb. Eskalator qısa müddətdə işə salınıb. Hadisə qeydə alınıb, lakin xəsarətlə bağlı müraciət olmayıb”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı