Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını 18 oktyabr – Müstəqilliyin Bərpası Günü Münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Çavuşoğlu tviter hesabında yazıb.
“Müstəqilliyin Bərpası Günü münasibətilə can Azərbaycanı ürəkdən təbrik edirəm. Biz türklər hür doğduq, hür yaşayarıq!”, - paylaşımda deyilir.
Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.