Modern.az

Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək

Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək

Aktual

18 Oktyabr 2022, 15:16

Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqqında sazişi təsdiq edəcək.

 

Modern.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!