Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ilə əlaqədar Şərqi Zəngəzur Təhsil İdarəsinin Kəlbəcər rayon təhsil sektoru ərazi partiya təşkilatında tədbir keçirilib.
Modern.az xəbər verir ki, önçə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğurunda şəhid olmuş vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası(YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, YAP-ın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
YAP-ın qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu. YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır:
“2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı. Son prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr yerinə yetirilir, islahatlar uğurla davam edir, Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır. Təhsil sektorunun müdiri, Təhsil üzrə ərazi partiya təşkilatının sədri Namiq Rəcəbov cıxış edərək bildirdi, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycanın ən qüdrətli siyasi təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır.
Bu gün partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi də YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan sonra da hər cür fədakarlığı göstərməyə hazırdır".
Sonda rayonun və partiyanın ictimai -siyasi həyatında fərqlənən üzvlərə diplomlar təqdim edilib.