Modern.az

İsrail və Ukrayna müdafiə nazirlərinin görüşü alınmadı

İsrail və Ukrayna müdafiə nazirlərinin görüşü alınmadı

Aktual

19 Oktyabr 2022, 12:40

Ukrayna müdafiə naziri Oleksiy Reznikovla İsrailin müdafiə naziri Benni Qantz arasında oktyabrın 17-nə planlaşdırılan görüşü baş tutmayıb.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, məlumatı “Haaretz” yayıb.

 

Bildirilib ki, görüşün baş tutmamasına səbəb İsrailin Ukraynanın dialoq təklifindən imtina etməsidir.

 

Məlumata görə, görüşün keçiriləcəyinə dair informasiya bir neçə gün əvvəl yayılmışdı.

 

Xatırladaq ki, Ukraynanın İranın "Shahed-136" pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün İsraildən "Dəmir günbəz" zenit raket kompleksi almaq istədiyi bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...