Modern.az

İsa Qəmbər Müsavat başqanı olmaq istəmir - AÇIQLAMA

İsa Qəmbər Müsavat başqanı olmaq istəmir - AÇIQLAMA

Aktual

19 Oktyabr 2022, 15:04

İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanlığına qayıtması ilə bağlı xəbərlər yalandır.

 

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı bildirib.

 

Onun sözlərinə görə, İsa Qəmbər Müsavat başqanı olmaq niyyətində deyil.

 

“Deyilənlər yalandır. Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı təşkilat komitəsinin iclası çağırılmayıb. Həm də qurultayın vaxtına hələ var.  Yayılan məlumatlar doğru deyil. İsa bəyin özü də başqan postuna qayıtmaq fikrinin olmadığını deyib. İsa bəy sözünü deyib, üstündə duran kişilərdəndir”, - deyə partiya rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə İsa Qəmbərin yenidən Müsavat Partiyasının başqanı postuna qayıdacağı haqqında məlumatlar yayılıb.

 

Xatırladaq ki, Müsavatın  sonuncu qurultayı 2019-cu il oktyabrın 13-də keçirilib.

 

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Onun yaradılması prosesində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadə də yaxından iştirak edib. 1920-ci il, sovet işğalından sonra bu partiya mühacirətdə fəaliyyət göstərib.

 

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib.

 

1993-cü ildən partiya müxalifətdədir.

 

2014-cü ilə kimi partiyaya İ.Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?