"Bir neçə gün əvvəl Azərbaycanda idik. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidi olduq".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Zəngilan hava limanının açılışını etdik. Dəmir yolu layihələrinin təməlini qoyduq", - deyə XİN başçısı bildirib.
Türkiyəli nazir, həmçinin Zəngilan və Cəbrayılda bəzi açılış və təməlqoyma mərasimlərində iştirak etdiklərini xatırladıb.