Gürcüstanın paytaxtı Tbilisinin Lağidze küçəsində baş vermiş mübahisə zamanı əl qumbarasından istifadə edən 1987-ci il təvəllüdlü şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, istintaq zamanı müəyyən olunub ki, oktyabrın 22-də təqsirləndirilən şəxs Tbilisinin Lağidze küçəsində 3 nəfərlə mübahisə edib və bu zaman o, əl qumbarasını onların istiqamətinə ataraq hadisə yerindən qaçıb.
Əl qumbarasının partlaması nəticəsində 3 nəfər xəsarət alıb. Onların hər üçünə xəstəxanada müvafiq tibbi yardım göstərilir, vəziyyətləri qənaətbəxşdir.
Hadisədən bir neçə saat sonra cinayəti törədən 35 yaşlı şəxs saxlanılıb.
Faktla bağlı ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd, o cümlədən qanunsuz partlayıcı qurğunun alınması, saxlanması və gəzdirilməsi faktı ilə ölkənin Cinayət Məcəlləsinin 19-109 və 236-cı maddələri ilə istintaq başladılıb.
Qeyd edək ki, saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.