Bu gün “ Zəfər” Günü münasibətilə “Four Season” otelində Paşa Holding , Paşa Həyat Sığorta şirkətinin və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid övladlarının ifasında “Qəhrəman övladıyıq” adlı musiqi əsasında hazırlanmış klipin təqdimatı keçirilib.
Modern.az-ın məlumatına görə, musiqi əsəri ilk dəfə Şuşada “Zəfər” Yay məktəbinin bağlanış mərasimində təqdim edilib.Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən yay məktəbi layihəsində şəhid övladlarının təlim keçdiyi istiqamətlərdən biri də musiqi dərnəyi olmuşdu.Musiqi əsərinin müəllifi şəhid pilot,polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı,Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovadır. Musiqi əsəri əsasında hazırlanan klipin rejissoru Cəlal Kəngərli,senari müəllifi Məryəmxanım Abbasəliyevadır. Klip Paşa Holdinq və Paşa Həyat Sığorta şirkətlərinin dəstəyi əsasında hazırlanənıb.
Təqdimatda AR İnsan Hüquqları üzrə Ombudsmanı Səbinə Əliyeva,millət vəkili Ceyhun Məmmədov,Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, şəhid ailə üzvləri,KİV və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir klipin təqdimatı ilə yekunlaşdı.
Zəfəri bizə bəxş edənlərə ithaf olunmuş həmin bədii-musiqili kompozisiyanı şirkətin rəsmi sosial səhifəsindən izləyə bilərsiniz: