Aprel döyüşləri şəhidi İqbal Əhmədovun doğum günü məzarı başında qeyd edilib.
Modern.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və sabiq deputat, professor Hadı Rəcəbli şəhidin ailəsi ilə birlikdə onun məzarını ziyarət ediblər.
42 yaşı tamam olan şəhid İqbal Əhmədovun xanımı göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Şəhid xanımı vurğulayıb ki, Vətən müharibəsi şəhidlərinin ailələri ilə bərabər Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, o cümlədən digər əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn şəxslərin ailələrinin daim diqqətdə saxlanılması, onlara qayğı göstərilməsi qürurvericidir.
İqbal Əhmədovun ailəsi Zəfər Günündə bütün şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib.