Modern.az

Hacıqabulda Zəfər günü qeyd edildi - FOTOLAR

Hacıqabulda Zəfər günü qeyd edildi - FOTOLAR

Aktual

8 Noyabr 2022, 14:53

8 noyabr 2022-ci il tarixdə Hacıqabul şəhər istirahət parkında Zəfər gününün ikinci ildönümü qeyd edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 03 dekabr tarixli sərəncamına əsasən, 8 noyabr - Zəfər günü bütün ölkə ərazisində olduğu kimi, Hacıqabul rayonunda da təntənəli şəkildə qeyd olunub.
Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, millət vəkili Rafael Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak edib.

Tədbirdə 44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı şanlı zəfərdən, xalqımızın həmrəyliyindən, Ali Baş Komandanın “Dəmir yumruğu” ətrafında birləşməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışılıb.

Sabirabad regional Mədəniyyət idarəsi ilə Hacıqabul rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Zəfərin Mübarək Azərbaycan” adlı geniş konsert proqramı təşkil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?