Modern.az

“Azərlotereya”dan Zəfər Günü ilə bağlı maraqlı videoçarx

“Azərlotereya”dan Zəfər Günü ilə bağlı maraqlı videoçarx

Aktual

8 Noyabr 2022, 16:27

“Azərlotereya” ASC 8 noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə xüsusi videoçarx hazırlayıb.

Modern.az xəbər verir ki, “Harada qalmışdıq?” ideyası ilə hazırlanan film qazanılan böyük Zəfərdən sonra Qarabağda canlanan həyatı özündə əks etdirir. Qəhrəman “Qaçqın şəhərciyi”ndənAğdamda açılan ilk məktəbdə dərsə gedən müəllimdir. Film onun sinif otağına daxil olduqdan sonrasanki aradan 30 il keçməyibmiş kimi Qarabağda həyatın qaldığı yerdən davam etdiyinə işarə edən “Harada qalmışdıq?” sualı üzərində qurulur.

Müəllimin vətən torpağına gedən yolda qururla, başı dik şəkildə və mətin addımlarla irəliləməsi vətən sevgisinin böyük təzahürü kimi təqdim olunur. Şərəflə və zəfər eşqi ilə böyüyən övladlarımızla parlaq gələcəyin bizi gözlədiyi vurğulanır.

Sözügedən videoçarxı təqdim edirik:

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?