Modern.az

Putin ölən keşişə “Rusiya Qəhrəmanı” adı verdi

Putin ölən keşişə “Rusiya Qəhrəmanı” adı verdi

Aktual

8 Noyabr 2022, 22:36

Prezident Vladimir Putin Ukraynadakı müharibədə ölən keşiş Mixail Vasilyevə “Rusiya Qəhrəmanı” adının verilməsi haqqında fərman imzalayıb.
 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

“Vətəndaş borcunun yerinə yetirilməsində göstərdiyi şücaət və qəhrəmanlığa görə Moskva yeparxiyasının keşişi Mixail Vladimiroviç Vasilyevə (ölümündən sonra) Rusiya Federasiyasının Qəhrəmanı adı verilsin”, - fərmanda deyilir.
 

Mixail Vasilyev noyabrın 6-da səhər saatlarında müharibə zonasında öldürülüb.

Keşiş kimi o, Kosovo, Bosniya, Abxaziya, Qırğızıstan, Şimali Qafqaz və Suriyadakı qaynar nöqtələrə səfər edərək sülhməramlı missiyalarda iştirak edib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?