Rusiyanın paytaxtı Moskvanın mərkəzindəki Komsomolskaya meydanında gül anbarında baş vermiş yanğında ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Bununla da ölənlərin sayı 7 nəfərə yüksəlib.
***
00:40
Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığında yerləşən gül anbarında güclü yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib. Hadisə yerindən 7 nəfər təxliyə edilib. Yanğının ilkin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.