Modern.az

Partiyalara yeni qadağa - Belə adlara icazə verilməyəcək

Partiyalara yeni qadağa - Belə adlara icazə verilməyəcək

Aktual

21 Noyabr 2022, 11:47

Siyasi partiyaların fəaliyyətinin təşkili müəyyənləşib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

 

Siyasi partiyanın təşkili üçün adı olmalı və onun adında “partiya” sözü göstərilməlidir. Siyasi partiyanın adının qısaldılmış forması, həmçinin siyasi partiyanın rəmzləri (bayraq, emblem və s.) ola bilər.

 

Siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir.

 

Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?