Modern.az

Piyada keçidində oğurluğa CƏHD

Piyada keçidində oğurluğa CƏHD

Aktual

2 Dekabr 2022, 10:50

Dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd edilib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, oğurluğa cəhd edən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb

 

Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub. Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər. Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?