Modern.az

Şimali Koreya yenə ballistik raketlər atdı

Şimali Koreya yenə ballistik raketlər atdı

Aktual

18 Dekabr 2022, 10:18

Şimali Koreya Yapon dənizi istiqamətində 2 ballistik raket buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.

 

Raketlərin Şimali Koreyanın Şimali Pyonqan vilayətindəki Tonqçanq adlı ərazidən buraxıldığı bildirilib.

 

Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı ABŞ-dan olan həmkarları ilə birgə Şimali Koreyanın nüvə-raket fəaliyyətini davamlı nəzarətdə saxladıqlarını açıqlayıb.

 

Qeyd edək ki, Pxenyan cari ildə 62 ballistik raket buraxılışı həyata keçirib. İndiyədək Şimali Koreya il ərzində bu qədər raket buraxmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?