Roma Papası Fransiskin fikrincə, Ukraynadakı münaqişə dünya müharibəsidir və tezliklə bitməyəcək.
Modern.az xəbər verir ki, Papa bu barədə İspaniyanın ABC qəzetinə müsahibəsində danışıb.
“İndi Ukrayna Prezidenti Volodimir Zelenski üçüncü dəfədir ki, dini müşavirlərindən birini mənim yanıma göndərir”, - deyə pontifik bildirib.
“Mən əlaqə saxlayıram, alıram, kömək edirəm. Mən ən qısa müddətdə münaqişənin sonunu görmürəm, çünki bu dünya müharibəsidir", - deyə Roma Papası müsahibəsində söyləyib.