Modern.az

Şoyqu Ukraynaya getdi

Şoyqu Ukraynaya getdi

Aktual

18 Dekabr 2022, 12:28

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Cənub Hərbi Dairəsinə yollanıb.

 

Modern.az xəbər verir ki, nazir Ukraynada hərbi əməliyyatlar aparılan ərazilərdə qoşunların qruplaşdırılması ilə tanış olub.

 

Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Sergey Şoyqu helikopterlə qoşunların yerləşdirildiyi ərazilərə baş çəkib.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, Şoyqu Ukraynanın işğal altındakı bölgəsində Rusiya bölmələrinin ön mövqelərini, istehkam və müdafiə xətlərinə baxış keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?