Modern.az

İordaniyada ara qarışdı: ölən və yaralılar var

İordaniyada ara qarışdı: ölən və yaralılar var

Aktual

18 Dekabr 2022, 14:05

İordaniyanın Əl-Hüseyniyə şəhərində yanacağın qiymətinin qalxmasına etiraz edən sakinlər və polis əməkdaşları arasında toqquşma baş verib.

 

Modern.az xəbər verir ki, iğtişaş zamanı silahlı təxribatçıların açdığı atəş nəticəsində bir polis zabiti həlak olub, daha iki qanun keşikçisi yaralanıb.

 

Məlumata görə, əraziyə cəlb olunan əlavə polis qüvvələri iğtişaşda iştirak edən 44 nəfəri saxlayıb.

 

İordaniya Kralı II Abdulla dövlət telekanalında çıxış edərək bildirib ki, “dövlətə qarşı silah qaldıranlar ağır şəkildə cəzalandırılacaqlar”.

 

Qeyd edək ki, İordaniyada yanacağın qiymətinin iki dəfəyə yaxın qalxmasına görə sürücülər və mağaza sahibləri bir həftədir tətil edirlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?