Modern.az

Ukrayna müharibəsi Azərbaycan turizminə də təsir edib

Ukrayna müharibəsi Azərbaycan turizminə də təsir edib

Aktual

18 Dekabr 2022, 15:14

Rusiya-Ukrayna müharibəsinin başlaması nəticəsində yaranan geosiyasi vəziyyət bu ölkələrdən Azərbaycana gələn turistlərin sayına təsir edib.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə "Şahdağ" Turizm Mərkəzinə mediatur çərçivəsində deyib.

 

O bildirib ki, bu ilin fevral ayından Rusiyadan gələnlərin sayında azalma müşahidə edilirdi:

 

"Artıq rəqəmlərdə stabilləşmə var. Geosiyasi vəziyyətə görə, bu il Azərbaycanın turizm məhsullarını Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində tanıtmağa başladıq. Bundan əlavə, Avropada, xüsusilə almandilli ölkələrdə tanıtım işləri aparmışıq. Eyni zamanda Uzaq Şərq ölkələrində də işlər aparırıq ki, Cənubi Koreya, Yaponiyadan da ölkəmizə gələnlərin sayı çoxalsın"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!