Modern.az

Vardanyanın bizə dəxli yoxdur - Lavrovdan açıqlama

Vardanyanın bizə dəxli yoxdur - Lavrovdan açıqlama

Aktual

23 Dekabr 2022, 16:43

"Ruben Vardanyanın bizə dəxli yoxdur".

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

 

"Ruben Vardanyanın Qarabağa getməsinin Rusiyaya heç bir dəxli yoxdur. O, öz xahişi ilə prezident Vladimir Putin tərəfindən Rusiya vətəndaşlığından çıxarılıb", - deyə Lavrov söyləyib.

 

Qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov Vardanyanın Qarabağdan getməli olduğunu vurğulamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?