Modern.az

Deputat ilin əsas hadisələrindən danışdı

Deputat ilin əsas hadisələrindən danışdı

Aktual

23 Dekabr 2022, 18:24

2022-ci il ölkəmiz üçün bir çox siyasi, iqtisadi hadisələrlə yadda qalıb.

 

Modern.az-ın məlumatına görə, millət vəkili Cavanşir Feyziyev hesab edir ki, 2022-ci ildə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə beynəlxalq səviyyədə keçirilmiş bütün görüşləri ilin vacib siyasi hadisələri hesab etmək olar.

 

Bununla belə, deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq siyasətdə rolunu və yerini gücləndirən 2 vacib hadisəni 2022- ci ilin ən vacib siyasi hadisələri kimi ayrıca qeyd etmək olar:

 

18 iyulda “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” nun imzalanması;

 

- 17 dekabrda Buxarestdə “ Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökümətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in  imzalanması.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?